UNEC-də konfrans: Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə

UNEC-də konfrans: Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə Azərbaycan Dövlət iqtisad Universitetində (UNEC) "Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə" mövzusunda onlayn konfrans keçirilib.
İqtisadiyyat fakültəsi və fakültə mentorluq xidmətinin təşkilatçılığı ilə keçirilən konfransda dekan Asiman Quliyev mövzunun əhəmiyyətindən danışıb. O, məişət zorakılığı ilə bağlı problemlərin hələ də öz aktuallığını saxladığını bildirib. Ölkədə məişət zorakılığına qarşı məqsədyönlü tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran A.Quliyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun qəbul olunduğunu, Prezident İlham Əliyevin dəstəyi ilə qadın hüquqlarının qorunması, xüsusilə də məişət zorakılığının qarşısının alınması sahəsində güclü qanunvericilik bazasının yaradıldığını vurğulayıb.
Konfransda İqtisadiyyatın tənzimlənməsi kafedrasının baş müəllimi Aytən İbadova “Məişət zorakılığının qiymətləndirilməsinin hüquqi əsasları”, dosent Ələddin Hacılı “Məişət zorakılığının sosial-iqtisadi aspektləri, Sosial inkişaf iqtisadiyyatı və qiymətləndirmə kafedrasının dosenti Təranə Kərimova “Gender bərabərliyi dövlət və cəmiyyətin ortaq problemidir”, Rus İqtisad Məktəbinin direktoru, dosent Mənsur Bərxudarov “İslam və cəmiyyətdə qadının rolu” mövzularında çıxış ediblər.
Çıxışlarda məişət zorakılığının subyektləri, cəmiyyətdə və məişətdə qadın zorakılığı, zorakılığın formaları, erkən və məcburi nikah kimi məsələlərdən bəhs olunub.
Tədbirdə ictimaiyyət arasında ailə mədəniyyəti, gender bərabərliyi üzrə maarifləndirmə tədbirlərinin genişləndirilməsi, medianın bu sahədə fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində təkliflər səsləndirilib.

Tehsil-press.az

Oxşar xəbərlər