Kiyev Administrasiyası məişət tullantılarının toplanılması işində Bakının təcrübəsini öyrənəcək

Kiyev Administrasiyası məişət tullantılarının toplanılması işində Bakının təcrübəsini öyrənəcək Kiyev Şəhər Administrasiyası paytaxtda məişət tullantılarının yığılması və daşınması təcrübəsini Bakıdan öyrənəcək.
Kiyevə Şəhər Administrasiyası 20 məmuru şəhərdən tullantıların yığılması və daşınması təcrübəsini öyrənmək üçün Azərbaycana ezam edəcək.
Ezamiyyətin məqsədi Bakıda hündürmərtəbəli binaların və onların həyətyanı sahələrinin saxlanılması üzrə müəssisələrin iş təcrübəsini, bərk məişət tullantıları ilə işi, elektrik enerjisinə qənaət edilməsini və mənzillərin təmirinə dair təcrübəni öyrənməkdir.
Fevralın 1-dən 4-nə qədər nümayəndə heyəti ilə bərabər Kiyev Şəhər Administrasiyası rəhbərinin müavini Petr Panteleyev, Mənzil-Kommunal İnfrastrukturu Departamentinin direktoru Dmitri Naumenko və onun müavini Aleksandr Malıxin Bakıda ezamiyyətdə olacaqlar.

Tehsil-press.az

Oxşar xəbərlər