Tələbələr bərk məişət tullantılarının idarə edilməsi ilə bağlı məlumatlandırılıb

Tələbələr bərk məişət tullantılarının idarə edilməsi ilə bağlı məlumatlandırılıb Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Strateji planlaşdırma şöbəsinin təşkilatçılığı ilə “Təmiz Şəhər” ASC-nin tələbələr üçün bu semestrin növbəti seminarı keçirilib.
Ətraf mühit və əməyin mühafizəsi şöbəsinin mühəndisi Samir Ağasiyev tərəfindən aparılan seminar “Bərk məişət tullantılarının idarə edilməsi” mövzusuna həsr olunub. Seminarda Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin ekologiya ixtisası üzrə təhsil alan III kurs tələbələri iştirak ediblər.
Seminarda bərk məişət tullantılarının idarə edilməsi prinsipləri istiqamətində görülmüş işlər diqqətə çatdırılıb.
“Təmiz Şəhər” ASC-nin nümayəndəsi tələbələrə Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun fəaliyyəti barədə ətraflı məlumat verib. O, zavodun istehsalat gücünə görə Şərqi Avropada və MDB məkanında bu tipli ən iri müəssisə olduğunu deyib. Qeyd olunub ki, tullantılardan alınan enerji ilə Gəncə kimi böyük bir şəhəri enerji ilə təmin etmək mümkündür.

Tehsil-press.az

Oxşar xəbərlər