DİN: Ötən gün 63 toy şənliyinin monitorinqi aparılıb

DİN: Ötən gün 63 toy şənliyinin monitorinqi aparılıb Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri noyabrın 17-də Bakıda və respublikanın digər ərazilərində 63 toy şənliyinin monitorinqini aparıblar.
Monitorinqlər şadlıq sarayında keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 15 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib. COVID-19 pasportu olmadığına görə 131 nəfər toy şənliklərinə buraxılmayıb.

Tehsil-press.az



Oxşar xəbərlər