ATƏT Ermənistan ilə Azərbaycan sərhədində gərginliyi azaltmağa çağırır

ATƏT Ermənistan ilə Azərbaycan sərhədində gərginliyi azaltmağa çağırır ATƏT Ermənistan ilə Azərbaycan sərhədində gərginliyi azaltmağa çağırır.
Bu barədə ATƏT-in sədri, İsveçrə Xarici İşlər naziri Ann Linde öz "Twitter" səhifəsində yazıb.
A.Linde bildirib: "Biz Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında atəşkəsin əldə olunmasını alqışlayır, gərginliyi azaltmağa çağırırıq. İnsan itkiləri ilə bağlı təəssüfümüzü bildiririk".
Qeyd edək ki, Ermənistanın noyabrın 16-da Azərbaycanla dövlət sərhədində törətdiyi hərbi təxribat nəticəsində Azərbaycan ordusunun 7 hərbi qulluqçusu şəhid olub, 10-u yaralanıb.

Tehsil-press.az


Oxşar xəbərlər