BƏYANAT: ATƏT Minsk qrupu tərəfləri qoşunların qarşıdurma xəttində gərginliyi azaltmağa çağırıb (YENİLƏNİB)

BƏYANAT: ATƏT Minsk qrupu tərəfləri qoşunların qarşıdurma xəttində gərginliyi azaltmağa çağırıb (YENİLƏNİB) ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin tərəflərini qoşunların qarşıdurma xəttində və Ermənistan-Azərbaycan sərhədində gərginliyin azaldılmasına gətirib çıxaracaq tədbirləri nəzərdən keçirməyə çağırıb.
Bəyanatda qeyd olunur ki, ATƏT Minsk qrupunun həmsədrləri Rusiyadan İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Riçard Hoqland ATƏT sədrinin Şəxsi nümayəndəsi Ancey Kaspşiklə birgə iyun ayında regiona səfər edib. Səfərin əsas məqsədi aprelin 28-i Moskvada baş tutmuş nazirlər səviyyəsində üçtərəfli görüşdən sonra tərəflərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində mövqeyini müzakirə etməkdən ibarət idi.
Həmsədrlər iyunun 10-da Yerevanda Ermənistan prezidenti Serj Sarkisyanla, iyunun 19-da Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. Bundan başqa onlar hər iki ölkənin xarici işlər və müdafiə nazirləri ilə məsləhətləşmələr keçirib. Bakıda onlar həmçinin Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşüb.

Təhsil-press.az

Oxşar xəbərlər