Putin NATO-nu hədələdi

Putin NATO-nu hədələdi “NATO strateji bombardman təyyarələrinin Rusiya sərhədlərinin 20 kilometr yaxınlığında uçuş həyata keçirməsi icazə verilə biləcək bütün sərhədləri aşır”.
Bunu Putin Rusiya Xarici İşlər Nazirliyinin kollegiyasının genişləndirilmiş iclasında çıxışı zamanı deyib.
Putin Qərbi Rusiyanın “qırmızı xət”lər barədə xəbərdarlıqlarını dərinə enmədən, səthi qaydada başa düşməkdə ittiham edib:
“Təbii ki, tərəfdaşlarımız çox özünəməxsusdur, ən yüngül şəkildə desəm, xəbərdarlıqlarımızı səthi qəbul edirlər. Qərbli tərəfdaşlarımız Kiyevə öldürücü müasir silahlar təmin edərək, Qara dənizdə, üstəlik, sərhədlərimizin çox yaxınında təxribat xarakterli hərbi təlimlər həyata keçirərək, vəziyyəti gərginləşdirirlər.
Bu barədə narahatlıqlarımız mütəmadi olaraq dilə gətiririk və “qırmızı xətlərimizin” nələr olduğunu söyləyirik. ABŞ da daxil olmaqla, Qərblə əlaqələrimizin bənzərsiz, hətta demək olar ki, müttəfiqlik səviyyəsində olduğu dönəm NATO-nin Şərqə doğru genişlənməsi mövzusundakı narahatlıqlarımız və xəbərdarlıqlarımız tamamilə görməzdən gəlindi.
İndi NATO-nun hərbi infrastrukturunun haraya gəldiyini görə bilirik: düz sərhədlərimizin yaxınlığına. Rumıniya və Polşaya isə raket müdafiə sistemləri yerləşdirilib. MK-41 sistemi çox asanlıqla Rusiyaya qarşı istifadə oluna bilər. Sistemin proqram təminatını bu şəkildə dəyişdirmək sadəcə bir neçə dəqiqə vaxt alar”.
O vurğulayıb ki, NATO bütün dialoq mexanizmlərini məhv edir:
“Təbii ki, biz NATO üzvlərinin Rusiya sərhədlərinin perimetri boyunca hərbi fəaliyyətinə reaksiya verəcəyik”.

Tehsil-press.az


Oxşar xəbərlər