NATO-dan açıqlama: "Rusiya Avropanı nüvə müharibəsi ilə təhdid edir"

NATO-dan açıqlama: NATO Rusiyanı 1987-ci ildə imzalanmış ortamənzilli nüvə raketləri ilə bağlı müqaviləni pozmaqda ittiham edir.
NATO xarici işlər nazirləri üçün təşkil olunan iclasın ardınca verilən yazılı açıqlamada ABŞ-ın Rusiyaya qarşı olan ittihamlarını tam dəstəklədiyini bildirib.
ABŞ-ın xarici işlər naziri Mayk Pompeo da NATO-nun açıqlamasından sonra Rusiyaya imzaladıqları müqavilədən doğan şərtləri yerinə yetirməsi üçün 60 gün vaxt verildiyini söyləyib.
Rusiya isə müqavilənin şərtlərini pozmadığını bildirib.
Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Rusiya 1987-ci il müqaviləsinin şərtlərinə olduğu kimi əməl edir. Bunu Amerika da çox yaxşı bilir” deyə qeyd edib.
1987-ci il müqaviləsinin şərtlərinə əsasən, Rusiyaya qurudan atılan orta mənzilli raketlərin Avropada yerləşdirilməsinə qadağa qoyulub. Məsafə isə təqribən 500-5000 kilometr arasında nəzərdə tutulub.
NATO öz açıqlamasında bu müqavilənin pozulması nəticəsində Rusiya tərəfinin NATO ölkələrini çox qısa bir müddət ərzində nüvə raketi hücumuna məruz qoya biləcəyini bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər