Azərbaycan Dillər Universitetində (ADU) dünya şöhrətli fotoqraf Reza Deqatinin jurnalistika ixtisasında təhsil alan ikinci və dördüncü kurs tələbələri ilə görüşü keçirilib.
Dünyanın ayrı-ayrı qaynar nöqtələrində çəkilişlər aparan məşhur fotoqraf “Fotoqrafiya universal dildir” mövzusunda təqdimat edib. Reza Deqati işğaldan azad olunan Qarabağda, eləcə də Əfqanıstan, Suriya, Afrika ölkələrində çəkdiyi fotoları tələbələrə nümayiş etdirib.
Təqdimatdan sonra tələbələrin suallarını cavablandıran Reza Deqati ən yaxşı fotosunun çəkə bilmədiyi foto olduğunu deyib. Onun sözlərinə görə, ən yaxşı kadrı tutmaq imkanı olsa da, köməyə ehtiyacı olan insana yardım əli uzatmaqla bu fürsəti qaçırıb. İndiyədək Fransa və Avropanın bir çox şəhərlərində böyük sərgi salonlarında Azərbaycan həqiqətlərinin əks olunduğu fotoları nümayiş etdirdiyini vurğulayan qonaq fotoların ən təsirli vasitə olduğunu diqqətə çatdırıb.
Reza Deqati ermənilərin üç dəfə ona snayperdən atəş açdığını söyləyib: “Biri Şuşa yolunda papağımı apardı, bir dəfə qulağımı cızdı, bir dəfə isə ayaqlarımın arasından keçdi”.
Fotoqraf Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın azad olunmasına görə çox sevindiyini söyləyib, işğal zamanı gördüyü Şuşa ilə azad olunan Şuşa arasında müqayisə aparıb: “1992-ci ilin mayında mən Şuşaya gedəndə şəhər mühasirədə idi, avtomobillə getmək olmurdu. Bir yol tapmışdım, o da Cıdır düzündən idi, oranı isə erməni snayperləri vururdular. Düşünürdüm ki, mütləq Şuşaya getmək lazımdır, Şuşada nə ordu, nə müdafiə xətti qalmışdı, axır günləri idi. Bilirdim ki, ermənilər gəlib muzeyləri, evləri dağıdacaqlar. Şuşanın işğalından 2020-ci ilin noyabr ayına qədər ürəyimdə Şuşa dərdi var idi. Şuşa azad edilən kimi getdim, oraya gedəndə məni sevinc hissi bürüdü ki, əsir şəhərimiz işğaldan azad edilib. Bir yandan da Şuşanın azad edilməsinə inana bilmirdim. Axı Şuşanın coğrafiyası fərqlidir. Mən dünyada dağ müharibələri görmüşəm, ona görə inanmaq çətin idi ki, Şuşanı müharibə ilə almaq olar. Amma Azərbaycan əsgərləri piyada Cıdır düzünə çıxmışdılar. Qarabağ azad ediləndə tez getdim ki, ermənilərin Qarabağı nə vəziyyətə qoyduğunu çəkim. Dünya görsün ki, ermənilər buraları nə vəziyyətə salıblar. Erməni bilir ki, Qarabağ onun deyil, dünyada heç bir millət öz evini yandırmaz”.
Tehsil-press.az