Ermənilər Şuşadan oğurladıqları xalçaların sərgisini keçirəcək

Ermənilər Şuşadan oğurladıqları xalçaların sərgisini keçirəcək Vətən müharibəsi zamanı Şuşanı işğaldan azad ediləcəyindən qorxuya düşən ermənilər bir sıra talançılığa əl atıblar. Bunlardan biri də 2020-ci ilin noybar ayının 1-də Şuşadan aparılan qədimi xalçalarla bağlıdır.
Ermənilərin oğurluğa əl atdığını Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Naqdalyan da öz tvitter hesabında təsdiqləyib.
Sitat: “Qaçırmayın. Fevralın 20-də Tamanyan adına Milli Memarlıq Muzey İnstitutunda Şuşa Muzeyinin İrəvan sərgisi açılacaq. Sərgidə nümayiş etdiriləcək nümunələr noyabrın 1-də Şuşadan gətirilib. Sərgidəki ən qədim xalça 350 yaşındadır”.
Məsələ ilə bağlı Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova bildirib ki, sərgidə təqdim olunacaq “Arsax” adlandırılan xalçalar Vətənimizin ayrılmaz hissəsi olan Qarabağın azərbaycanlı xalçaçıları tərəfindən toxunan milli irs nümunələrimizdir:
"Bu sərgi ermənilərin növbəti falsifikasiyasıdır. Çox güman ki, kolleksiya 1992-ci il Şuşanın işğalından sonra ancaq canlarını götürüb qaçan azərbaycanlıların evlərində qalan xalçalardan ibarətdir.

Tehsil-press.az

Oxşar xəbərlər