Pentaqonda UNO-ları araşdırmaq üçün yeni bölmə yaradılır

Pentaqonda UNO-ları araşdırmaq üçün yeni bölmə yaradılır Geniş araşdırmalardan sonra yüksək əhəmiyyətli hərbi ərazilər yaxınlığındakı müəmmalı görüntüləri izah edə bilməyəcəyi ilə bağlı narahatlıqlar fonunda Pentaqon uçan naməlum obyektlərlə (UNO) bağlı bölmə yaradır.
ABŞ-ın Müdafiə nazirinin müavini Ketlin Hiks Milli kəşfiyyat idarəsinin direktoru ilə birlikdə Pentaqonun kəşfiyyat və təhlükəsizlik idarəsi nəzdində yeni istintaq orqanının yaradılmasına göstəriş verib.
Ehtimal olunur ki, bu qərar bir neçə ay əvvəl ABŞ kəşfiyyatının mümkün yadplanetli UNO-larla bağlı qənaətbəxş olmayan məxfi hesabatından qaynaqlanır. Belə ki, hesabat pilotlar tərəfindən hərbi sınaq sahələrinin yaxınlığında lentə alınan fenomenləri izah edə bilməyib.

Tehsil-press.az


Oxşar xəbərlər