ABŞ Çindəki epidemiyanı noyabrdan izləyirmiş

ABŞ Çindəki epidemiyanı noyabrdan izləyirmiş ABŞ-ın xüsusi xidmət orqanlarının Çində ortaya çıxan yeni tip koronavirus epidemiyası haqqında noyabr ayından məlumat toplamağa başladığı məlum olub.
Bu barədə keçmiş ABŞ hərbçisi məlumat verib. İlkin hesabatın dəqiq tarixi bəlli olmasa da, mənbələrdən verilən xəbərə görə, noyabr ayında və sonrakı həftələrdə toplanmış kəşfiyyat məlumatı əsasında ABŞ-da baş verə biləcək pandemiyanın şiddəti barədə çoxsaylı erkən xəbərdarlıqlar edilib.
Bununla birlikdə, mənbənin məlumatına görə, Çindəki epidemioloji vəziyyət və virusun yayılma potensialı barədə kəşfiyyat məlumatları yanvarın 3-də gündəlik keçirilən brifinqdə ABŞ Prezidenti Donald Trampa çatdırılıb.
Amerika liderinin günlük brifinq icmalını hazırlamaqda məsul şəxs olan ABŞ-ın Milli Kəşfiyyat Direktoru və Milli Təhlükəsizlik Şurasının bu xəbərdarlıqlar barədə şərh verməkdən imtina etdikləri bildirilib.
Xatırladaq ki, 31 dekabrda Çin Ümumdünya Səhiyyə Təşkilatına mənşəyi məlum olmayan epidemiya barədə məlumat göndərmişdi. Xəstəliyə səbəbin yeni tip koronavirus olduğu isə yanvarın 9-u məlum olmuşdu.

Tehsil-press.az


Oxşar xəbərlər