Dünya üzrə COVID-19 infeksiyasına yoluxanların sayı 260 milyon nəfəri ötüb.
Bu barədə “Worldometer” məlumat yayıb.
Bildirilib ki, dünyada koronavirusa 260 milyon 15 min yoluxma halı qeydə alınıb. Həmçinin, infeksiya səbəbindən ölənlərin sayı 5 milyon 196 min nəfərə, sağalanların sayı isə 235 milyon 66 min nəfərə çatıb.
ABŞ həm COVID-19 infeksiyasına yoluxanların, həm də virusdan ölənlərin sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 48 milyon 972 min nəfəri keçib, 798 min 245 nəfər infeksiya səbəbindən həyatını itirib, 38 milyon 787 mindən çox insan sağalıb.
Yoluxanların sayına görə ikinci yerdə gedən Hindistanda 34 milyon 544 min nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 466 min 980 nəfər vəfat edib, sağalanların sayı 33 milyon 967 min nəfərə çatıb.
Yoluxma göstəricisinə görə üçüncü pillədə Braziliya qərarlaşıb. Bu ölkədə pandemiya dövrü ərzində 22 milyon 43 min nəfər virusa yoluxub, onlardan 613 min 416 nəfəri ölüb, 21 milyon 264 min nəfər isə sağalıb.
Qeyd edək ki, 2020-ci ilin mart ayında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib.
Tehsil-press.az