Qəzaya uğrayan helikopter 24 nəfərlik olub

Qəzaya uğrayan helikopter 24 nəfərlik olub Bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.
Hazırda hadisə ilə bağlı Baş prokurorluq tərəfindən istintaq aparılır. Helikopterin qara qutusu tapılıb, hadisə şahidlərinin ifadəsi alınıb.
Hərbi ekspert Ədalət Verdiyev Trend-ə açıqlamasında bildirib k, qəzaya uğrayan Mİ-17 model helikoptlər kifayət qədər etibarlı vasitələrdir. Bu helikopetərlər Vətən müharibəsində kifayət qədər özlərini sübut ediblər.
"Bu qəzalar elədir ki, bundan heç kim sığortalanmayıb. Burda müxtəlif təsir edici amillər ola bilər. Qəzaya səbəb texnikanın nasazlığı, insan faktoru ola bilər. İstənilən halda isə rəsmi açıqlamanı gözləmək vacibdir".
Ekspert bildirib ki, sosial şəbəkələrdə faktlar olmadan doğru olmayan məlumatların yazılması, paylaşılması düzgün deyil. Helikopterin qaraqutusu tapılıb.
"Yaxşı olara ki, araşdırmaların nəticəsini gözləyək. Sağ qalan pilotların ifadəsi alınıb, qaraqutu oxunduqdan sonra hadisənin əsl səbəbləri üzə çıxacaq. Təbi ki, günahı olan varsa, cəzalanacaq", - deyə ekspert qeyd edib.
Ə.Verdiyev vurğulayıb ki, helikopter 24 nəfəri daşıya bilir, orda da cəmi 16 nəfər olub, burada normativlərin aşılmasına yol verilməyib. Bu helikopter 24 nəfərlik oturaq yerinə malikdir, bu helikopterlə 4 tondan çox yük daşımaq mümkündür.
"Görüntülərə fikir versək, helikopterin vurulma ehtimalı da mümkün deyil, çünki helikoter yanıb yerə düşməyib. Əgər səmada vurulmuş olsaydı, paraçalar daha geniş əraziyə dağılacaqdı.
Qonşu ölkələrdə də bu tipli qəzalar baş verib, İranda, Rusiyada bu tipli qəzalar olub. Azərbaycanda ilk dəfədir ki, təlimlərdə belə bir qəza baş verir", - deyə ekspert vurğulayıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev bu gün baş vermiş helikopter qəzası ilə bağlı keçirilən brifinqdə bildirib ki, helikopter qəzasına səbəb kimi hər hansısa kənar təsirdən söhbət gedə bilməz.
"İlkin məlumatlar haqqında onu demək istəyirəm ki, pilot polkovnik Fizuli Cavadov ən yüksək səviyyədə, ağır şəraitdə uçuşlarda təcrübəsi olan pilotumuz idi. Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib. O ki qaldı helikopterin sazlığına, helikopter təzə idi və qısa müddət əvvəl təmir işləri aparılıb.
Hazırda qara qutunun hissələri Baş Prokurorluqdadır və onun üzərində araşdırmalar aparılacaq, hadisənin baş vermə səbəbi daha da dəqiqləşəcəkdir", - deyə E.Quliyev qeyd edib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə isə jurnalistlərə açıqlamasında vətəndaşlara müraciət edərək bildirib ki, KİV və sosial şəbəkələrdə dəqiqləşdirilməmiş, rəsmi mənbələrə istinad olunmadan ajiotaj yaradacaq məlumatlar yayılmaması xahiş olunur.
“Bu kimi hallar baş verdikdə qanunla nəzərdə tutulmuş tədbirlər tətbiq edilməklə məsuliyyətə cəlb edilmələri təmin ediləcək”, - deyə mətbuat xidmətinin rəhbəri qeyd edib.

Tehsil-press.az


Oxşar xəbərlər