Azərbaycan Texniki Universitetində könüllülər proqramının təqdimatı olub

Azərbaycan Texniki Universitetində könüllülər proqramının təqdimatı olub UEFA Avropa Liqası final matçının Bakıda keçirilməsi ilə əlaqədar dekabrın 17-də Azərbaycan Texniki Universitetində (AzTU) könüllülər proqramının təqdimatı olub.
Prorektor İsa Xəlilov Prezident İlham Əliyevin idmana olan qayğısı nəticəsində Azərbaycanın möhtəşəm idman yarışlarının təşkilatçısı və dünyada idman ölkəsi kimi tanındığını qeyd edib.
Daha sonra prorektor beynəlxalq idman yarışlarında Azərbaycan idmançılarının, o cümlədən AzTU tələbələrinin naliyyətlərindən və universitetin könüllü tələbələrinin uğurlarından danışıb. Prorektor tələbələrə Bakıda keçiriləcək UEFA Avropa Liqası final matçının təşkilində könüllü olaraq fəaliyyət göstərməyi tövsiyə edib.
UEFA-nın könüllülük direktoru Yusif Vəliyev və ATV-nin idman proqramlarının aparıcısı Sənan Şəfizadə 2019-cu il mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqası final matçının təşkilində könüllü olmağın tələb və qaydaları haqqında məlumat veriblər.

AzTU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər