Yeni nazir kollektivə təqdim olundu

Yeni nazir kollektivə təqdim olundu Yeni gənclər və idman naziri Fərid Qayıbov Gənclər və İdman Nazirliyində kollektivə təqdim olunub.
Tədbirdə Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, idman federasiyalarının rəhbərləri, idmançılar və digər qonaqlar iştirak edib.
Qeyd edək ki, dünən Prezident İlham Əliyev Fərid Qayıbovun gənclər və idman naziri təyin edilməsi haqqında sərəncam imzalayıb. Nazir təyin olunması ilə əlaqədar Fərid Qayıbov dövlət başçısı tərəfindən videoformatda qəbul olunub.

Tehsil-press.az


Oxşar xəbərlər