Azərbaycanda 585 nəfər COVID-19-a yoluxub, 16 nəfər ölüb

Azərbaycanda 585 nəfər COVID-19-a yoluxub, 16 nəfər ölüb Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 585 yeni yoluxma faktı qeydə alınıb, 944 nəfər müalicə olunaraq sağalıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 596 973 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 565 521 nəfər müalicə olunaraq sağalıb, 7 983 nəfər vəfat edib, aktiv xəstə sayı 23 469 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 385, ötən müddət ərzində isə ümumilikdə 5 608 158 test aparılıb.

Tehsil-press.az



Oxşar xəbərlər