Xəzər Universitetinin “Ekspert danışıqları” (Expert Talks) tədbirləri çərçivəsində Şotlandiyanın Aberdin Universitetinin professoru Raçel Şanks məruzə edib.
R.Şanksın “Şotlandiyada müəllim hazırlığı” mövzusunda çıxışı onlayn təşkil olunub. Otuzdan çox iştirakçını bir araya gətirən tədbirdə Xəzər Universitetinin müəllim və tələbələri ilə yanaşı, Azərbaycan, Türkiyə, Şotlandiya və Qazaxıstandan olan qonaqlar iştirak edib.
Şotlandiyada müəllim hazırlığının tarixi haqqında məlumat verən məruzəçi hazırkı dövrdə müvafiq sahədə görülən işlərdən danışıb. Mühazirəsini müqayisəli şəkildə təşkil edən R.Şanks Şotlandiya təcrübəsinin İngiltərə, Uels və Şimali İrlandiyadan hansı məsələlərdə fərqləndiyini də diqqətə çatdırıb.
Tehsil-press.az