Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamenti və Təlim-tədris mərkəzi “Akademik diskursun sosial təbiəti” mövzusunda vebinar təşkil edib.
Həm Xəzər Universitetindən, həm də digər ali təhsil ocaqlarından çoxlu sayda tədqiqatçı, müəllim, doktorant və magistr tələbələrinin qatıldığı təqdimat akademik ünsiyyətin bəzi sosial-mədəni cəhətlərini araşdırmağa yönəlib.
Seminarı İranın Marağa Azad Universitetinin professoru Davud Kuhi aparıb. Qonaq mühazirəsində müəyyən sabit elmi paradiqmaların və sosial-konstruktivist paradiqma dəyişikliyinin təməl fərziyyələrinin müzakirəsi ilə başlayıb. Mühazirə akademik, elmi diskurs üzrə anlayışın son elmi paradiqmalardan necə təsirlənməsinin bəzi cəhətlərinin müzakirəsi ilə davam edib. Təqdimat çərçivəsində Davud Kuhi elmi, akademik və digər diskurslar arasındakı təməl rolunu oynayan diskursun müəyyən cəhətlərinin aydın şəkildə izah olunduğu konseptual model təklifini irəli sürüb.
Qeyd edək ki, professor Davud Kuhi əvvəllər də Xəzər Universitetində ənənəvi qaydada bir sıra seminarlar keçirib.
Tehsil-press.az