Xəzər Universiteti əməkdaşlarının elmi məqaləsi “Scopus” indeksli jurnalda

Xəzər Universiteti əməkdaşlarının elmi məqaləsi “Scopus” indeksli jurnalda Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsinin doktorantı Mustafa M.Alalavnehin və fakültənin dekanı Ceyhun Məmmədovun “Birbaşa xarici investisiyalar, infrastruktur investisiyaları, turizm gəlirləri və iqtisadi artım arasında əlaqə: meqatədbirlər nümunəsində” adlı elmi məqaləsi “Scopus” indeksli “Emerging Science Journal”da dərc edilib.
Tədqiqatın məqsədi 2006-cı il FIFA dünya çempionatına ev sahibliyinin 2000-2017-ci illər ərzində Almaniyanın iqtisadi artımına təsir dərəcəsini araşdırmaq olub.
Məqalə ilə Xəzər Universitetinin saytında yerləşdirlmiş linkdə tanış olmaq mümkündür.

Tehsil-press.az

Oxşar xəbərlər