İtaliyanın “Water Grabbing” portalı Azərbaycanın su hövzələri haqqında xəritə və fotolarla müşayiət olunan geniş məqalə dərc edib. Məqalədə Xəzər Universiteti Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasovun mülahizələrinə də yer verilib.
R.Abbasov Araz çayı və onun qonşu ölkələrdə çirklənməsi, Xudafərin su anbarı, Oxçuçay və Bazarçay çaylarının problemləri, regionda su əməkdaşlığı məsələləri haqqında fikirlərini bildirib. Qeyd edib ki, qonşu ölkələrdə bu çayların çirklənməsindən Azərbaycan bir ölkə kimi əziyyət çəkir.
Məqalə ilə Xəzər Universitetinin saytında yerləşdirilmiş linkdə tanış olmaq mümkündür.
Tehsil-press.az