Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Rus İqtisad Məktəbinin müəllimi Leyla Hüseynovanın “Azərbaycanın turizm sektorunda asılılıqların ekonometrik analizi” məqaləsi “Web of Science”, “SCOPUS” və “Thomson Reuters” bazalarında indekslənən İtaliyanın “Ponte” jurnalında dərc olunub.
Elmi məqalədə ölkənin ixtisaslaşmış turizm sənayesinin inkişafı üçün Strateji Yol Xəritəsində müəyyən edilən turizm sektorunun inkişafının əsas prioritetləri araşdırılıb. Turizm sektorunun göstəricilərinin sistematik təhlili əsasında bu sahənin əsas göstəriciləri verilib, xüsusən də turizm agentliklərinin gəlirlərində son illərdə dinamik inkişafın müşahidə olunduğu qeyd edilib. Məqalədə mürəkkəb iqtisadi-kibernetik sistem kimi verilən turizm sektorunun əsas göstəriciləri arasındakı kəmiyyət əlaqəsi göstərilir, stasionar və turizm sektorunun zaman göstəricilərinə inteqrasiyası "DickeyFuller" testi əsasında qiymətləndirilir.
Tehsil-press.az