Hindistan ordusunun müdafiə qərargahının rəisi və arvadı helikopter qəzasında həlak olub

Hindistan ordusunun müdafiə qərargahının rəisi və arvadı helikopter qəzasında həlak olub Hindistanda helikopter qəzası nəticəsində həlak olan 13 nəfər arasında ölkənin müdafiə qərargahının rəisi general Bipin Ravat və həyat yoldaşı da var.
Helikopterdə general Bipin Ravat və onun həyat yoldaşı ilə yanaşı, generalın köməkçiləri, tabeliyindəki zabitlər olublar. Şahidlərin sözlərinə görə, yerə çırpılan helikopterdə yanğın baş verib.
Qeyd edək ki, Hindistan ordusuna məxsus, göyərtəsində 14 nəfərin olduğu “Mi-17V5” helikopteri yerli vaxtla günorta saat 12:00 radələrində Kunur rayonunda dağlıq meşə sahəsində qəzaya uğrayıb. Yerli ekspertlər qəzaya hava şəraitinin və ya texniki problemlərin səbəb olduğunu güman edirlər. Hindistan Hərbi Hava Qüvvələrinin komandanı da hadisə yerinə yollanıb.
General Bipin Ravat 2015-ci il fevralın 3-də Dimapur şəhərində baş vermiş helikopter qəzasından ağır xəsarət alsa da, sağ çıxa bilmişdi. O, Hindistan ordusunda yeni təsis edilən müdafiə qərargahının ilk rəisi kimi, ötən ilin yanvarında vəzifəsinin icrasına başlayıb. Ondan əvvəl isə ordu komandanı vəzifəsində xidmət edib.

Tehsil-press.az


Oxşar xəbərlər