Hadisə paytaxtın Suraxanı rayonu ərazisində baş verib. Cəlilabad rayon sakini, 1997-ci il təvəllüdlü şəxs Bakıya işləmək üçün gəlib və bir xanımla tanış olub. Bir müddətdən sonra cütlük arasında münasibət yaranıb və onlar sevgili olublar. Cütlük qadının evində birlikdə yaşamağa qərar verib.
Bir neçə gün öncə oğlan spirtli içki qəbul edərək sərxoş vəziyyətdə evə gəlib. Qadın onun sərxoş olduğunu görüb və buna görə ona irad bildirib. İrad şəxsin xoşuna gəlməyib və cütlük arasında mübahisə yaranıb. Mübahisə zamanı qadın onu evindən qovmaq istəyib. Nəticədə oğlan mətbəxdən bıçağı götürərək qadını qolundan bıçaqlayıb. O, daha sonra sevgilisinə baş və bədənin müxtəlif nayihələrindən yumruq və təpik zərbələri endirib.
Hadisə yerinə polis əməkdaşları gəliblər və oğlan saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib.
Suraxanı Rayon Məhkəməsində keçirilən prosesdə cütlük barışıb və zərərçəkmişə dəymiş ziyan ödənilib. Məhkəmə barışığı nəzərə alaraq, cinayət işinə xitam verib.
Tehsil-press.az










