BDU könüllüləri “Suveren Azərbaycan” İntellektual Könüllülər Liqasının qalibi olub

BDU könüllüləri “Suveren Azərbaycan” İntellektual Könüllülər Liqasının qalibi olub “Azərbaycan Könüllülük Həftəsi 2025” çərçivəsində Azərbaycan Gənclər Fondunun dəstəyi, Medianın İnkişafı Agentliyinin (MEDİA) tərəfdaşlığı və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” formatında “Suveren Azərbaycan” İntellektual Könüllülər Liqası keçirilib.

Liqanın nəticələrinə əsasən “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi I, “BDU könüllüləri” təşkilatı II, “ASAN könüllüləri” təşkilatı isə III yerə layiq görülüb.
Könüllülərimizi təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

Tehsil-press.az

Oxşar xəbərlər