Almaniyada “5G” şəbəkəsi istifadəyə verildi

Almaniyada “5G” şəbəkəsi istifadəyə verildi Almaniyanın Berlin və Bonn şəhərlərində beşinci nəsil (5G) mobil rabitə şəbəkəsi istifadəyə verilib.
Bir müddət sonra 5G şəbəkəsi Hamburq, Darmştadt, Leypsiq və Münxendə də işə salınacaq. Bu il yüzdən çox nöqtədə beşinci nəsil mobil rabitəni dəstəkləyən 300-ə yaxın antena quraşdırılacaq. 2020-ci ilin sonunadək şəbəkə Almaniyanın 20 ən böyük şəhərini əhatə etməlidir.
Ekspertlər hesab edir ki, beşinci nəsil (5G) mobil rabitə şəbəkəsi yeni texnologiyaların inkişafına böyük töhvə verəcək.
İyunun ortalarında ölkənin mobil operatorları yeni standart tezlikləri üçün 6,5 milyard avrodan çox pul ödəyiblər. Tezliklərin satış hərracında Deutsche Telekom, Vodafone, Telefonica və United Internet iştirak ediblər.

Tehsil-press.az



Oxşar xəbərlər