2022-ci ildə Latviyanın dövlət borcu ÜDM-in 50 faizinədək yüksələ bilər.
Bu barədə məlumatı ölkənin Maliyyə Nazirliyi yayıb.
Bildirilib ki, bu ilin sonuna qədər Latviyanın dövlət borcu 49,6 faizə və ya 15,56 milyard avroya çatacaq. Qeyd edilib ki, 2022-ci ildə ölkənin dövlət borcu ÜDM-in 50 faizinədək və ya 17 milyard avronu ötə bilər.
Latviya Maliyyə Nazirliyinin ilkin hesablamalarına görə, 2022-ci ildə möhkəmləndirilmiş dövlət büdcəsi xərcləri 11,8 milyard avro, vergi gəlirləri isə 10,2 milyard avro təşkil edəcək.
Xatırladaq ki, Latviyanın Dövlət Xəzinəsinin açıqladığı rəqəmlərə əsasən cari ilin iyun ayının sonunda ölkənin dövlət borcu 13 milyard avro təşkil edib.
Tehsil-press.az