Heydər Əliyev Mərkəzində "İşğaldan azad edilmiş ərazilərdə mədəni irs abidələrinin bərpası üzrə layihələr: hədəflər, çağırışlar, xüsusiyyətlər, perspektivlər" mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov çıxış edib. Bildirib ki, otuz ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan ərazilərimiz Azərbaycan Respublikası Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi nəticəsində azad edildikdən sonra burada genişmiqyaslı quruculuq-bərpa işlərinə start verilib. Bölgədə infrastruktur layihələri ilə yanaşı, tarixi və mədəniyyət abidələrinin inventarlaşdırılması, mühafizəsi, o cümlədən bərpası istiqamətində genişmiqyaslı işlərin həyata keçirilməkdə olduğunu deyib.
“Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2020-ci il dekabrın 8-də Fondun işğaldan azad edilən ərazilərdəki mədəni-dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başladığını bəyan etdi. Bununla da Heydər Əliyev Fondu tarixi bərpa işlərində dövlət tərəfindən həyata keçirilən layihələrə vətəndaş cəmiyyətinin üzvü kimi öz dəstəyini göstərir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə regionda icrasına başlanılan layihəyə yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlər də dəvət olunublar. Hazırda bərpa prosesinə Avstriya, Böyük Britaniya, Bolqarıstan, İtaliya, Latviya, Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrdən mütəxəssislər cəlb edilib.
Heydər Əliyev Fondunun işğaldan azad olunan ərazilər üzrə layihəsinin icrası üçün xüsusi işçi qrupu yaradılıb və bərpa olunacaq abidələrin öyrənilməsi məqsədilə ilkin qiymətləndirmə aparılıb. Bərpa işləri dini mənsubiyyətindən asılı olmayaraq bütün abidələri əhatə edir. Abidələrin yenidən qurulması zamanı onların ilkin, yəni autentik simasının pozulmaması prinsipi əsas götürülür. Bununla bağlı beynəlxalq təcrübə öyrənilir və abidələrin bərpası, konservasiyası və yenidən qurulması üzrə işlərdə, həmçinin mütərəqqi üsullar tətbiq edilir”, - deyə Anar Ələkbərov bildirib.
Prezidentin köməkçisi qeyd edib ki, Heydər Əliyev Fondu Qarabağda yalnız bərpa layihələri həyata keçirmir. Bölgədə sürətlə aparılan quruculuq işlərinə töhfə vermək məqsədilə yeni dini və mədəniyyət obyektlərinin inşası da nəzərdə tutulur.
Ötən müddət ərzində Fond artıq bir sıra mədəniyyət abidələrinin bərpasını başa çatdırıb. Bu ilin avqust ayında Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işləri yekunlaşıb və kompleks istifadəyə verilib. Kompleksdə işlər Heydər Əliyev Fondu tərəfindən 2021-ci ilin mart ayından başlayıb və abidə tarixi görkəminə uyğun olaraq bərpa edilib. Ötən müddət ərzində, həmçinin dahi Azərbaycan şairi Molla Pənah Vaqifin büstü, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəli Fondun dəstəyi ilə yenidən qurularaq Şuşa şəhərində ucaldılıb.
Prezidentin köməkçisi işğaldan azad olunan ərazilərdə bərpa prosesində iştirak edən Azərbaycanın özəl sektoruna, o cümlədən “Pasha Holding”ə, bərpa-yenidənqurma işlərini işıqlandırdıqlarına, dünyaya çatdırdıqlarına görə media nümayəndələrinə təşəkkürünü ifadə edib.
Qeyd olunub ki, Heydər Əliyev Fondu ötən illər ərazində dünyanın müxtəlif ölkələrində - Bolqarıstan, Vatikan və digər ölkələrdə tarixi-dini abidələrin bərpasında iştirak edib. Qazanılmış bu təcrübə hazırda Azərbaycanın işğaldan azad olunan ərazilərində tətbiq olunmaqdadır.
Sonra Avstriyanın “Wehdorn Architekten” şirkətinin icraçı direktoru Manfred Vehdornun videomüraciəti olub. O, işğaldan azad olunan ərazilərdəki bərpa işlərinin kompleks şəkildə həyata keçirildiyini və bərpa işlərini bu bölgəyə yenidən həyatın qayıtması kimi səciyyələndirib.
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, şəhərin tarixi görkəminin bərpası üzrə qısa müddət ərzində böyük işlər görülüb. Şəhərin tarixi abidələr yerləşən hissələri zonalara ayrılıb. “Bildiyimiz kimi, təkcə Şuşa şəhərində 150-dən çox tarixi abidə mövcuddur. Bu abidələrin hər birinin bərpası bizim üçün xüsusi önəm daşıyır. Prezident İlham Əliyevin Şuşanın mədəniyyət paytaxtı elan edilməsi barədə Sərəncam imzalaması şəhərin xüsusi əhəmiyyətə malik olduğunu bir daha göstərir. Buna görə də Şuşanın bərpası və yenidənqurması xüsusi həssaslıqla aparılır”, - deyə Aydın Kərimov bildirib.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib ki, Heydər Əliyev Fondu apardığı bütün bərpa işlərində inklüziv yanaşmadan istifadə edir, bu işlərə xarici mütəxəssislər cəlb edilir. Bu, tamamilə doğru yanaşmadır. Çünki bərpa olunan abidələr təkcə Azərbaycanın deyil, bütün dünyanın mənəvi sərvətidir. İşğaldan azad edilmiş ərazilərdəki abidələrin bərpası Qarabağ Dirçəliş Fondu üçün ən prioritet məsələdir. Fond bu işlərdə daim Heydər Əliyev Fondu ilə əməkdaşlıq edir.
“Uni Construction” şirkətinin bərpaçısı, italiyalı mütəxəssis Luigi Scrinzi bildirib ki, Qarabağdakı maddi-mədəni abidələr inanılmaz dağıntılara məruz qalıb. "Qarabağ" "böyük bağ", "yaşıllıqlarla zəngin olan, abad məkan" deməkdir. Lakin bu məfhumlardan heç birinə Qarabağda rast gəlinmir. Bu gün Qarabağın yenidən dirçəldilməsi, həyata qaytarılması istiqamətində böyük işlər görülür. Bu yerlərin abadlaşdırılması həm də müqəddəs mahiyyət daşıyır.
“Uni Construction” şirkətinin layihə rəhbəri, türkiyəli mütəxəssis Əli Ünlü Şuşadakı abidələrin Azərbaycan xalqı üçün çox böyük əhəmiyyətə malik mədəni irs olduğunu deyib. Lakin bu irs işğalçılar tərəfindən demək olar ki, tamamilə dağıdılıb. “Dağıdılmış abidələrin bərpası istiqamətində böyük işlər görülür. Bu işlər şəxsən Prezident İlham Əliyevin nəzarəti ilə aparılır. İşğaldan yenicə azad ediləndə Şuşadakı abidələrin dağıntılara məruz qaldığı müşahidə olunurdu. Aşağı Gövhər Ağa məscidinin həyətindəki mədrəsə də bu, qəbildəndir. Bu kimi tarixi tikililərin bərpası son dərəcə həssaslıqla aparılır”, - deyə Əli Ünlü bildirib.
Avstriyanın "PARTNER Consulting+Projects" şirkətinin bərpaçısı Roman Brugger Ağdam Cümə məscidinin bərpa konsepsiyası barədə danışıb. Bildirilib ki, məscid Qarabağın tarixi baxımından çox önəmli abidədir. Aparılan işlərdə əsas məqsəd məscidin əvvəlki görüntüsünü özünə qaytarmaq və onu tarixi abidələr sırasına qazandırmaqdır. Erməni işğalı dövründə məscidin demək olar ki, bütün tarixi elementləri dəyişdirilib. Hazırda tikilinin əvvəlki tarixi görkəmini özünə qaytarmaq üçün işlər görülür.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov rəhbərlik etdiyi qurumun gördüyü işlərdən danışıb. Bildirib ki, mühafizəsinə ehtiyac olan tarixi abidələrlə iş xüsusi həssaslıqla görülür. Şəhərin Baş planının hazırlanması istiqamətində xarici mütəxəssislərlə birgə müzakirələr aparılır. Şuşalıların doğma şəhərlərinə mütəmadi səfərləri təşkil olunub, eyni zamanda, onların köçürülməsi və şəhərdə çalışan insanların yerləşdirilməsi istiqamətində də işlər həyata keçirilir.
Şuşa şəhərində Mehmandarovlar malikanə kompleksinin bərpası ilə bağlı danışan "Cronos” şirkətinin baş bərpaçısı Uğur Miralay bildirib ki, digər tarixi abidələrimiz kimi, bu maddi-mədəniyyət tikilisi də erməni işğalı dövründə dağıntılara məruz qalıb. Hazırda burada da bərpa işləri aparılır, abidənin əvvəlki görkəmi özünə qaytarılır. Aparılan işlər zamanı tarixi mənbələrdəki fotolardan istifadə edilir.
Gürcüstan Milli Muzeyinin Konservasiya Elmi İnstitutunun Restavrasiya şöbəsinin rəhbəri Salome Guruli və Gürcüstan Milli Muzeyinin Konservasiya Elmi İnstitutunun rəhbəri Nino Kalandadze "Tarixi binaların konservasiyası, yeni əlavələrin işlənməsi və onlara qulluq – Gürcüstan Milli Muzeyinin örnəkləri” mövzusunda çıxışlar ediblər.
Latviyanın "Buvtelnieks” şirkətinin layihələr üzrə baş meneceri Sandis Cvetkovs və şirkətin ortağı Janis Meroza "Buvtelnieks” şirkətinin bərpa və restavrasiya sahəsində təcrübəsi ilə bağlı fikirlərini bölüşüblər.
"Simmetrico” şirkətinin baş memarı Françesko Giordano “Yeni Şuşa məscidi layihəsi – konsepsiya və yanaşma" mövzusunda çıxış edib. Bildirib ki, memarlıq nümunəsinin müasirliyinə baxmayaraq, məscidin tikintisində həm daş və ağac kimi yerli materiallardan istifadədə, həm də bir sıra üslub elementlərində Şuşanın ənənəvi tikililərinə bağlılıq olacaq. “Şuşa - dəyər, tarix, irs, mədəniyyət və təbii gözəllik olan bir məkandır. Şuşa şəhəri həm qorunmalı, həm də gələcək nəsillərə ötürülməlidir. Reallaşdırdığımız layihə şəhərin identifikliyini vurğulayır, eyni zamanda, ətraf mühiti xatırladır. Layihədə Şuşaya xas olan elementlər yer alıb. Bu layihə həm də Şuşanın azad olunması tarixini əks etdirəcək”, - deyə Françesko Giordano əlavə edib.
Azərbaycan Respublikasının Əməkdar memarı Ədalət Məmmədov “Zəngilan şəhəri məscid kompleksinin tikintisi" mövzusunda çıxış edib. Bildirilib ki, Zəngilan şəhərindəki məscid kompleksi XIX əsrdə inşa edilib və memarlıq abidəsi kimi inventarlaşdırılıb. Ermənistanın işğalı dövründə məscid düşmən qüvvələri tərəfindən dağıdılmış və ilkin görkəmini demək olar tamamilə itirmişdi. XIX əsrin memarlıq abidəsi mövcud vəziyyətində konservasiya edilib və ərazidə yeni məscid inşa olunur.
Böyük Britaniyanın "Mangera Yvars Architects” şirkətinin direktoru Ali Mangera “Mangera Yvars Architects” şirkətinin bərpa və restavrasiya sahəsində təcrübəsindən danışıb. “Azərbaycanın tarixi və Qarabağ haqqında məlumatlıyam. Qarabağın inkişafı Azərbaycanın ümumi inkişafına böyük töhfə verə bilər. Gənclərin Qarabağa qayıdışının təmin edilməsi olduqca vacibdir. Bu ərazidə layihələr reallaşdırmaqla Azərbaycan dünyaya ekoloji dayanıqlılığın təmin edilməsinin önəmini nümayiş etdirə bilər. Qarabağ həm mədəniyyət beşiyidir, həm iqtisadi baxımdan mühüm əhəmiyyətə malikdir, həm də turizmin inkişafı üçün vacib regiondur. Biz Qarabağda dəhşətli dağıntıların şahidi olduq. İndi buradakı binaların, abidələrin necə bərpa və restavrasiya edilməsi üzərində düşünürük”, - deyə Ali Mangera vurğulayıb.
Daha sonra Bolqarıstanın “EKSA” şirkətinin icraçı direktoru Konstantin Nedkov Pee “Xristian dininə aid sadalanan bina və komplekslərin tədqiqi, dizaynı və bərpası və onların ətraf mühitlə sosiallaşması üçün ən yaxşı təcrübələr” mövzusunda çıxış edib.
Tehsil-press.az