Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın aprelin 26-da Cəbrayıl və Zəngilan rayonlarına səfərləri çərçivəsində Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yenidənqurma işləri ilə bağlı bir sıra məsələlər müzakirə olunub və perspektivlər müəyyən edilib.
Bunu Azərbaycan Turizm və Menecment Universitetinin Turizm biznesi kafedrasının müdiri, dosent Hafiz Hüseynov deyib. Prezidentin Zəngilanın təbiəti və təbii sərvətlərinin bu rayonu Azərbaycanın ən qabaqcıl rayonlarından birinə çevirmək üçün imkanlar yaradacağı barədə fikrinə diqqət çəkən dosent Hafiz Hüseynov dövlətimizin başçısının çıxışından bu sözləri xatırladıb: “Zəngilan rayonunun coğrafi yerləşməsi və burada olan imkanlar təbii ki, Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Təsadüfi deyil ki, hava limanı məhz Zəngilanda inşa ediləcək. Çünki coğrafi vəziyyətə baxdıqda hər kəs görə bilər ki, Füzuli, Zəngilan və ondan sonra Laçın rayonunda inşa ediləcək üçüncü beynəlxalq hava limanı bütün Qarabağ və Şərqi Zəngəzur zonasını Zəngilan daxil olmaq şərtilə əhatə edəcək. Buradan dəmir yolu, avtomobil yolu keçəcək, Naxçıvana yol açılacaq. Əlbəttə ki, Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafı üçün bu hava limanının böyük rolu olacaqdır”.
Hafiz Hüseynov bildirib ki, hazırda Zəngilan ərazisində ilk “ağıllı kənd” konsepsiyasının həyata keçirilməsinə başlanılıb. Bu ərazinin təbii ehtiyatları, təbii gözəllikləri, tarixi abidələri gələcəkdə turizmin bir çox növlərini inkişaf etdirmək imkanı verəcək. Bu növlərdən mədəni-tarixi, rekreasiya, ekoloji turizm növlərini xüsusilə qeyd etmək olar. Eyni zamanda, Zəngilan ərazisində yerləşən bir çox dini abidələrin gələcəkdə bərpası burada həm dərketmə, həm də dini turizmin inkişafına təkan verəcək. Yaradılan yol, nəqliyyat infrastrukturu hesabına burada həm daxili turistləri, həm də qonşu ölkələrdən (xüsusilə Türkiyə və İran) gələn turistləri qəbul etmək imkanı olacaq.
Uzun illər işğal altında qalan Azərbaycan əraziləri ermənilər tərəfindən dağıdılıb, həmin ərazilərdə yerləşən çoxsaylı yaşayış məntəqələri, tarixi və dini abidələr ya yararsız hala salınıb, ya da ümumiyyətlə yerlə-yeksan edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarı ilə təsdiq edilmiş “Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”, “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı” və “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”na əsasən, Qarabağ ərazisində dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinin ümumi sayı 900-dən çoxdur.
ATMU-nun kafedra müdiri qeyd edib ki, mədəniyyət nümunələrinin dağıdılması erməni vandalları tərəfindən bir çox beynəlxalq konvensiyaların “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyası, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasının müddəalarının pozulmasının bariz nümunəsidir. Bunu nəzərə alaraq, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən bir çox hesabatlar hazırlanaraq UNESCO, BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, ISESCO və digər beynəlxalq təşkilatlara təqdim olunub. Azərbaycan ərazilərində İslam dininə aid tarixi və mədəni irsin və məbədlərin dağıdılması və təhqir edilməsi barəsində İslam Əməkdaşlıq Təşkilatı tərəfindən qətnamələr qəbul edilib. Bütün bunlar bir daha sübut edir ki, ermənilərin törətdikləri vəhşiliklər, eyni zamanda, İslam dininə və bütün müsəlmanlara qarşı həyata keçirilən cinayətdir.
“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin verdiyi məlumata əsasən Zəngilan rayonunda rəsmi fəaliyyət göstərmiş 10-dan çox məscid demək olar ki, tamamilə dağıdılaraq yararsız hala salınıb, yarıdağıdılmış bəzi məscidlərdən tövlə kimi istifadə olunaraq orada donuz saxlanılıb.
Zəngilan rayonu ərazisində bir sıra tarixi-dini abidələr mövcud olub. Hazırda bu abidələrin bir qisminin bərpası istiqamətində layihələr hazırlanır. 2021-ci il aprelin 26-da Prezident tərəfindən Zəngilan şəhərində yerləşən məscidin yenidən bərpası, konservasiyası işlərinin əsası qoyulub. Dövlətimizin başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva üzərində “Zəngilan məscidinin təməli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 26 aprel 2021-ci il tarixində qoyulmuşdur” sözləri yazılmış xatirə daşını məscidin divarına hörüblər. Ərazidə yeni məscidin tikintisi, köhnə binanın isə konservasiya olunandan sonra həmin məscid-kompleksin içində qalması nəzərdə tutulub. Bütün qeyd olunan işlər gələcəkdə bu regionun turizm baxımdan cəlbediciliyinin artırılmasında mühüm rol oynayacaq”, - deyə ATMU-nun müəllimi fikrini yekunlaşdırıb.
Tehsil-press.az