Vaksinasiya ilə bağlı son vəziyyət

Vaksinasiya ilə bağlı son vəziyyət Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 8 vaksin vurulub.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 2 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 10 894 080, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 120 575, ikinci mərhələ üzrə 4 617 228 nəfər təşkil edir.
Ümumilikdə isə 1 156 277 “buster” doza vurulub.

Tehsil-press.az

Oxşar xəbərlər