Azərbaycanlı alimə Moskva Dövlət Universiteti üçün dərslik hazırlamaq təklif edilib

Azərbaycanlı alimə Moskva Dövlət Universiteti üçün dərslik hazırlamaq təklif edilib AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin monitorinqi şöbəsinin böyük elmi işçisi texnika elmləri üzrə fəlsəfə doktoru İsmayıl Zeynalov Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən “Universitet muzeyində elm” adlı beynəlxalq ümumrusiya elmi konfransında iştirak edib.
M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Avrasiya Universitetlər Assosiasiyası və Moskva Təbiətşünaslar Cəmiyyətinin birlikdə təşkil etdikləri tədbirdə İ.Zeynalov “Rusiya Federasiyasında rekreasiya sənayesinin inkişafı sahəsində aparılan fundamental tədqiqatlarda aşağı orbitli peyklərin rolu” adlı məruzə ilə çıxış edib. O bildirib ki, hava və iqlim turizm sənayesinin vacib elementlərindən sayılır. Müxtəlif iqlim tiplərinə uyğunlaşma problemlərindən irəli gələn xoşagəlməz hava şəraiti həm sənaye, həm də rekreasiya tədbirlərinin həyata keçirilməsi zamanı insanların potensial risk və ya zərərlə qarşılaşması mümkündür.
Müəllif məruzəsində buludların termik quruluşu və qasırğa özəkləri, fyon küləkləri və bu kimi digər iqlim və atmosfer proseslərinin bir çox xassələrini izah edən adiabatik prosesləri araşdırıb. İ.Zeynalov düşərgələrin, istirahət evlərinin və digər növlərin tikintisində təhlükəsizliyi təmin etmək və minimuma endirmək üçün LEO kimi müasir uzaqdan zondlama üsullarının tətbiqini vacib hesab edir.
Məruzə dinləyicilər arasında böyük marağa səbəb olub. Azərbaycanlı alimə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin magistr və aspirantları üçün dərslik hazırlamaq təklif edilib.

Tehsil-press.az


Oxşar xəbərlər