Moskva Dövlət Universitetinin Bakı filialı "Açıq qapı" günü elan edir

Moskva Dövlət Universitetinin Bakı filialı M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı "Açıq qapı" günü elan edir.
"Açıq qapı" günü 20 aprel 2019-cu il tarixində, saat 14:00-da keçiriləcək.
Abituriyenlər 2019/2020-ci tədris ili üçün M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbulun şərtləri və qaydaları ilə tanış ola biləcəklər; həmçinin MDU-nun Bakı filialının filologiya, tətbiqi-riyaziyyat, kimya, psixologiya, iqtisadiyyat və fizika fakültələrində bakalavr və magistr pillələrində tədrislə bağlı hərtərəfli məlumat ala biləcəklər.
Ünvan: Bakı şəhəri, H.Cavid prospekti, 133 ("Elmlər Akademiyası" metro stansiyasının yaxınlığı)
Əlaqə telefonu: (012) 598 93 32

Tehsil-press.az



Oxşar xəbərlər