Yaponiyanın mərkəzi hissəsi üzərindən meteorit uçub

Yaponiyanın mərkəzi hissəsi üzərindən meteorit uçub Dekabrın 16-dan 17-nə keçən gecə Yaponiyanın mərkəzi Mie və Şizuoka prefekturaları üzərindən meteorit uçub.
Səma cismini "HNK" telekanalının stasionar kameraları lentə alıb.
Şahidlərin sözlərinə görə, səmada "alov topu" uçub, bundan sonra onlar partlayışa bənzər bir səs eşidiblər. Həmçinin, İse şəhərinin bir çox sakini evlərində pəncərələrin titrədiyini bildirib.
Ehtimal edilir ki, meteorit parçaları yerə çatmış ola bilər. Hazırda yanğınsöndürmə xidməti və polisdə hər hansı dağıntı barədə məlumat yoxdur.

Tehsil-press.az


Oxşar xəbərlər