Bakının Səməd Vurğun prospektində asfalt çöküb. Hadisə bu gün səhər saatlarında olub. İlkin məlumata görə, asfaltın 60 metr hissəsi sağa tərəf uçub və 2-3 metr enində yarğan yaranıb.
Azərbaycan Avtomobil Yolları Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, asfalt tikinti şirkətinin yolun kənarına svay vurmaması nəticəsində uçub.
Bina tikintisini həyata keçirən "Pilot İnşaat" MMC-nin icraçı direktoru Nuran Həsənzadə "Qafqazinfo"ya açıqlamasında bildirib ki, uçqunun səbəbi onların tikintisi deyil: "Yolda uçqun bu gün səhər saatlarında olub. Bir neçə ay əvvəl güclü yağış zamanı Maliyyə Nazirliyinin yanında kanalizasiya xətləri bərbad hala düşmüşdü və suyu torpağa, həm də rabitə borularına buraxmağa başlamışdı. Dünənki yağışlar və həmin kanalizasiya suyu torpağı yuyub, nəticədə uçqun olub. Biz bina tikintisi zamanı təkcə asfalt tərəfə 70-ə yaxın svay vurmuşuq. Sadəcə bizim binanın yerləşdiyi torpaq ərazi yoldan 2 metr aşağı səviyyədədir. Buna görə də yol svayın olmadığı hissədə uçub. Svaylar asfaltdan 2 metr aşağıdadır.
Uçqun nəticəsində binaya heç bir ziyan dəyməyib".
Hazırda ərazidə uçqun nəticəsində yaranan torpaq qalıqları təmizlənir, daha sonra isə təmir-bərpa işlərinə başlanılacaq.
Tehsil-press.az