Pedaqoji Universitetin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Pedaqoji Universitetin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) kollektivi universitetin 100 illik yubileyi münasibətilə Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

Tehsil-press.az

Oxşar xəbərlər