Pedaqoji Universitetin kollektivi ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Pedaqoji Universitetin kollektivi ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyi münasibətilə bu ali təhsil müəssisəsinin rəhbərliyi, fakültə dekanları, ictimai və tələbə təşkilatlarının nümayəndələri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyeva, görkəmli ictimai xadim Əziz Əliyev və Əməkdar elm xadimi, professor Tamerlan Əliyevin xatirələri ehtiramla anılıb, məzarları üzərinə gül dəstələri düzülüb.
Pedaqoji Universitetin 100 illik fəaliyyəti dövründə yetişdirdiyi görkəmli insanlar - Yusif Məmmədəliyev, Heydər Hüseynov, Zahid Xəlilov, Səməd Vurğun, İsmayıl Şıxlı, Süleyman Rəhimov, Şıxəli Qurbanov, Xıdır Mustafayev, Fariz Səfərov, Səlahəddin Kazımov və başqalarının məzarları da ziyarət olunub.
Sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub, şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib.
Daha sonra ikinci Fəxri xiyabanı ziyarət edən universitet kollektivi Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsini ehtiramla anıb.

Tehsil-press.az



Oxşar xəbərlər