Şuşa Dövlət Musiqili Dram Teatrının hazırladığı tamaşa Texniki Universitetdə maraqla qarşılanıb

Şuşa Dövlət Musiqili Dram Teatrının hazırladığı tamaşa Texniki Universitetdə maraqla qarşılanıb Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Şuşa Dövlət Musiqili Dram Teatrı universitetdə tamaşa göstərib.
Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-vəziri-xani-Lənkəran" pyesi əsasında hazırlanan tamaşa AzTU-nun müəllim və tələbələri tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi üçün belə tədbirlərin mütəmadi təşkili nəzərdə tutulur.

Tehsil-press.az


Oxşar xəbərlər