Prezident İlham Əliyevin Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında 2019-cu il 10 aprel tarixli Sərəncamına uyğun olaraq Şuşa Rayon İcra Hakimiyyəti, Azərbaycan Mətbuat Şurası və BDU-nun jurnalistika fakültəsi tərəfindən Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə tədbir təşkil edilib. Məktəbin hər mərtəbəsində Şuşa musiqiçilərinin Azərbaycan mədəniyyətini bu gün də fəxrlə təmsil etdikləri bir daha nümayiş olunub. Həmçinin Şuşa Rəsm Qalereyası tərəfindən sərgi təqdim edilib. Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında ədəbi-bədii kompozisiya və Emin Məmmədlinin ifasında “Ey Vətən” mahnısı maraqla qarşılanıb.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, BDU-nun kafedra müdirləri, professorlar Cahangir Məmmədli, Allahverdi Məmmədli, Ağayevlər nəslinin nümayəndəsi, Təhsil Nazirliyinin əməkdaşı Rövşən Ağayev və başqaları Şuşanın yetişdirdiyi görkəmli şəxsiyyətlərdən biri, hüquqşünas, publisist, tənqidçi və şərqşünas alim Əhməd bəy Ağaoğlunun (1869-1939) Azərbaycanın milli mübarizə tarixində görkəmli rol oynamasından danışıblar.
Çıxışlarda işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə və bu cür tədbirlərin Dağlıq Qarabağda keçiriləcəyinə əminlik ifadə edilib.
Tədbirin sonunda Şuşa şəhər Bülbülcan adına musiqi məktəbinin müəllimləri Siyavuş Mehdiyev və Xəyalə Əliyevanın ifasında “Qarabağ şikəstəsi” səsləndirilib.
Tehsil-press.az