Azərbaycan Texniki Universiteti (AzTU) və Azərbaycan Milli Konservatoriyası (AMK) arasında əməkdaşlıq memorandumu imzalanıb.
Bu münasibətlə keçirilən tədbirdə Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi memorandumun önəmindən danışıb. Bildirib ki, hər bir millətin mədəniyyəti onun sərvətidir. Bu mədəniyyəti müasir texnologiyalardan istifadə etməklə nümayiş etdirmək isə dövrün tələbidir. Bu mənada Azərbaycanın texniki sahədə təhsil verən qabaqcıl universitetlərindən biri kimi AzTU ilə Azərbaycan Milli Konservatoriyasının əməkdaşlığının inkişaf etdirilməsi təqdirəlayiqdir.
Tədbirdə iştirak edən təhsil naziri Emin Əmrullayev bu iki ali təhsil müəssisəsinin əməkdaşlığını müsbət hal kimi qiymətləndirib. Nazir memorandumun yaxın zamanlarda müsbət nəticələr verəcəyinə ümidvar olduğunu bildirib.
AzTU-nun rektoru Vilayət Vəliyev qeyd edib ki, Azərbaycan mədəniyyətinin dünyada təbliğində müasir texnologiyaların tətbiqi ilə bağlı universitetdə elmi-tədqiqatlar aparılacaq. Azərbaycan Milli Konservatoriyasının tələbə və müəllimlərinin tədris zamanı keyfiyyətli və müasir texnologiyaların dəstəklədiyi avadanlıqdan istifadəsi üçün AzTU öz töhfəsini verəcək.
Daha sonra hər iki ali məktəbin rektorları əməkdaşlıq haqqında memorandumu imzalayıblar. Sənədə əsasən, Azərbaycan Milli Konservatoriyasının TV studiyalarında texniki təchizat sisteminin qurulması ilə bağlı AzTU tərəfindən layihələr təqdim olunacaq. Bundan başqa, elmi tədqiqat və kadr hazırlığı sahəsində əməkdaşlıq, həmçinin tələbələrin asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Tədbir Azərbaycan Milli Konservatoriyasının müəllim və tələbələrinin ifaları ilə davam edib.
Tehsil-press.az