Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) bir qrup müəllimi bu günlərdə Erasmus+KA107 Staff Mobility layihəsi çərçivəsində İtaliyanın Milan Politexnik Universitetində ezamiyyətdə olub.
AzMİU-nun nəzdində fəaliyyət göstərən İtaliya-Azərbaycan Dizayn Mərkəzinin direktoru Fərid Kərimov, Milan Politexnik Universiteti ilə ikili diplom layihəsinin kuratoru Fəridə Qasımova və Dizayn kafedrasının müəllimi Nigar Quliyeva aparıcı fənlər üzrə açıq dərslərdə iştirak ediblər və laboratoriyaların iş prinsipi ilə tanış olublar. Həmçinin, Milan Politexnik Universitetinin professor-müəllim heyəti ilə görüşlərdə iki universitet arasında dizayn təhsilinin inkişafı haqqında gələcək planları müzakirə edib fikir mübadiləsi aparıblar.
Müzakirələrdə növbəti mərhələdə Milan Politexnik Universitetinin müəllimlərinin AzMİU-da tədris proseslərində iştirakı, bərabər vörkşop, master-klas və treninqlərin keçirilməsi məsələlərinə toxunulub. Eyni zamanda ikili diplom layihəsi çərçivəsində AzMİU-nun tələbələrinin İtaliyada təhsillərinin detalları dəqiqləşdirilib.
AzMİU-nu təmsil edən müəllimlər Milan Politexnik Universitetinin Dizayn bölməsinin professoru Silvia Piardinin təşəbbüsü ilə İtaliyanın ağac emalı və boyama işi üzrə dünya miqyaslı, məşhur “TABU” şirkətinin əməkdaşı ilə zoom platforması üzərindən distant görüşə də qoşulublar. Məhsuldar keçən görüşdə şirkətin əməkdaşı istehsal etdikləri məhsulları haqqında geniş məlumat verib, AzMİU-nun dizayn ixtisası üzrə təhsil alan tələbələri ilə vörkşoplarda iştirak etmək niyyətini bildirib və elan etdiyi müsabiqələrin şərtlərini ətraflı izah edib.
Tehsil-press.az