Məşhur italyan dizayner Memarlıq və İnşaat Universitetində mühazirə oxuyub

Məşhur italyan dizayner Memarlıq və İnşaat Universitetində mühazirə oxuyub İtaliyanın dizayn sahəsində məşhur mütəxəssisi Giulio Vinaccia Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.
O, Memarlıq fakültəsinin dizayn ixtisası üzrə təhsil alan tələbələrinə “Dizayn turizmin inkişaf vasitəsi kimi” mövzusunda mühazirə oxuyub. Mühazirə tələbə-müəllim heyəti tərəfindən maraqla qarşılanıb.
G.Vinaccia Dövlət Turizm Agentliyinin dəvəti ilə ənənəvi sənətkarlıq nümunələrinin və suvenirlərin yeni dizaynla işlənməsi layihəsini həyata keçirir. İtalyan dizayner layihə çərçivəsində AzMİU-nun tələbələri ilə müxtəlif istiqamətlərdə işlərin aparılmasını planlaşdırır.

Tehsil-press.az

Oxşar xəbərlər