AzMİU-nun “Qış məktəbi” tələbələrinin vorkşop sərgisi yekunlaşıb

AzMİU-nun “Qış məktəbi” tələbələrinin vorkşop sərgisi yekunlaşıb Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) həyata keçirilən “Qış məktəbi” layihəsi çərçivəsində Rusiyanın Samara və Voronej Dövlət Texniki universitetlərinin və yerli tələbələrin birgə vorkşop sərgisi bu gün başa çatıb.
Sərginin Münsiflər heyətinin sədri, Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri, professor Elbay Qasımzadə, Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova, Azərbaycan-İtaliya Dizayn Mərkəzinin sədri Fərid Kərimov yüksək yerlərə layiq görülən tələbələrə sertifikatlar veriblər.
Sərgidə 29 nəfər qrup şəklində 11 iş təqdim edib. Birinci yeri Voronej Dövlət Texniki Universitetinin tələbələri Mariya Dolmatova və Daniel Logvinov qazanıblar.

Tehsil-press.az



Oxşar xəbərlər