Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Dizaynın müasir problemləri” mövzusunda onlayn III beynəlxalq elmi-praktik konfrans keçirilib.
Konfransda ölkəmizin ali təhsil müəssisələri ilə yanaşı, Gürcüstan Texniki Universitetindən, Ufa Dövlət Neft Texniki Universitetindən (Rusiya), Kuban Dövlət Universitetindən (Rusiya), Yuri Kondratyuk adına Poltava Milli Politexnik Universitetindən (Ukrayna), Qazaxıstan Baş Memarlıq və İnşaat Akademiyasından nümayəndələr, gənc tədqiqatçılar və tələbələr iştirak ediblər.
AzMİU-nun Dizayn kafedrasının müdiri Təranə Bəkirova konfransı giriş nitqi ilə açaraq işinə uğurlar arzulayıb. Beynəlxalq əlaqələr üzrə prorektor professor Nərgiz Abdullayeva konfransda qoyulan mövzunun aktual olduğunu deyib. O, dizayn elminin, eləcə də dizayn sahəsinin sürətlə inkişaf etdiyini söyləyib, müvafiq istiqamətdə ixtisaslı kadrların yetişdirilməsində AzMİU-nun gördüyü işləri diqqətə çatdırıb.
Azərbaycan Memarlar İttifaqının sədri, AzMİU-nun Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri professor Elbay Qasımzadə, AMEA-nın müxbir üzvü, professor Rəna Abdullayeva və başqaları konfransın əhəmiyyətini vurğulayıblar.
Plenar iclasda Dizayn kafedrasının professoru Səyavuş Dadaşovun “Türk vizual linqvistikasının yeni ideyaları”, həmin kafedranın professoru Yeganə Hacıyevanın “Eksperimental layihələndirmənin əsas prinsipləri” mövzusunda məruzələri dinlənilib.
Konfrans işini bölmə iclasları ilə davam etdirib.
Tehsil-press.az