Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində Azərbaycan-İtaliya Dizayn Mərkəzinin təqdimat mərasimi keçirilib.
Tədbirdə Azərbaycan-İtaliya ticarət palatasının direktoru Şahin Abbasov, Milli Məclisin deputatı Azər Kərimli, Azərbaycan Memarlar İttifaqının birinci katibi Fərhad Mollazadə, İtaliyanın Milan Politexnik Universitetinin professorları, ölkəmizin qabaqcıl istehsalat şirkətlərdən nümayəndələr iştirak ediblər.
Universitetin strateji inkişaf üzrə prorektoru Ülkər Səttarova ölkəmizin aparıcı istehsalat şirkətlərindən gələn nümayəndələrə görüşdə iştirak etdikləri üçün təşəkkürünü bildirib.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova bu ilin iyul ayında iki ölkə arasında bir çox sahədə əməkdaşlıq sənədlərinin imzalandığını, eləcə də rəhbərlik etdiyi universitet ilə Milan Politexnik Universiteti arasında anlaşma memorandumunun imzalandığını xatırladıb. Rektor qeyd edib ki, həmin sənəddən irəli gələn məsələlərdən biri AzMİU-nun nəzdində İtaliya-Azərbaycan Dizayn Mərkəzinin yaradılması təşəbbüsü olub. “Hazırda universitetin nəzdində belə bir mərkəz yaratmışıq. Mərkəzin fəaliyyətinə gəlincə, düşünürük ki, başladığımız bu layihə istehsalat müəssisələrinin iştirakı olmadan mümkün deyil. İtaliyada dizayn təhsilinin bünövrəsi məhz təhsil və istehsalat müəssisələrinin birliyi əsasında qurulub”, - deyə G.Məmmədova bildirib.
O qeyd edib ki, mərkəzi yaratmaqda məqsəd ölkəmizdə dizayn ixtisası üzrə təhsil alan savadlı, bacarıqlı mütəxəssislər yetişdirmək, dizayn təhsilinin İtaliya dizayn təhsili səviyyəsinə yüksəlməsinə çalışmaqdır. Yaradılan dizayn mərkəzi məhz Azərbaycanda ali dizayn təhsilinin İtaliya nümunəsi üzərində qurulmasına şərait yaradacaq və baza rolunu oynayacaq.
G.Məmmədova AzMİU-da dizayn ixtisasını modernləşdirmək üçün təhsil proqramlarını da italyanların proqramına uyğunlaşdırmağın vacibliyini və bu istiqamətdə müəyyən işlər görüldüyünü bildirib. Rektor bu il ilk dəfə dizayn ixtisası üzrə ingilis dilində tədrisin aparıldığını, bununla da ilk addımların atıldığını söyləyib. O, AzMİU-nun və Milan Politexnik Universitetinin birgə həyata keçirdiyi layihənin 2 il müddətində gerçəkləşdiriləcəyini, lakin gələcəkdə bu müddətin artırılması, ikili diplom proqramların həyata keçirilməsinin qarşıya məqsəd olaraq qoyulduğunu deyib.
Milan Politexnik Universitetinin Dizayn Departamentinin rəhbəri, professor Silvia Piardi layihənin gələcəkdə dizayn sahəsinə olan müsbət təsirindən danışıb. İtaliyalı qonaq təmsil etdiyi universitetlə istehsalat müəssisələri arasında olan təcrübələri bölüşüb. Görüş zamanı Azərbaycanın istehsalat müəssisələrinin nümayəndələri ilə Milan Politexnik Universitetinın professorları arasında fikir mübadiləsi aparılıb.

AzMİU-nun Mətbuat Xidməti