AzMİU-da keçirilən Milan Dizayn Film Festivalı bu gün yekunlaşıb

AzMİU-da keçirilən Milan Dizayn Film Festivalı bu gün yekunlaşıb İtaliya Respublikasının ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) keçirilən Milan Dizayn Film Festivalı bu gün yekunlaşıb.
Festivalın son günündə daha iki film təqdim olunub. Ümumilikdə 3 gündə isə yeddi film nümayiş olunub.
Festivalın bağlanış mərasimində AzMİU-nun Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev, festivalın kuratoru doktor Silviya Robertazzi çıxış edərək filmlərin dizayn ixtisası üzrə təhsil alan tələbələrin bilik və bacarıqlarının möhkəmlənməsinə, inkişafına böyük kömək edəcəyinə ümidvar olduqlarını bildiriblər.
Xatırladaq ki, Milan Dizayn Festivalı dünyanın müxtəlif ölkələrində keçirilir. Bu il digər ölkələrlə yanaşı, Azərbaycan da bu siyahıya əlavə olunub və festivalın AzMİU-da keçirilməsi qərara alınıb.

Tehsil-press.az


Oxşar xəbərlər