Putin və Makron Qarabağı müzakirə ediblər

Putin və Makron Qarabağı müzakirə ediblər Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Telefon danışığı zamanı tərəflər Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər:
"Vəziyyətin sabit olduğu, Rusiya və Azərbaycan Prezidentlərinin və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli Dağlıq Qarabağla bağlı bəyanatlarının icrası ilə bağlı işlərin planauyğun davam etdirildiyi məmnuniyyətlə qeyd edilib.
ATƏT-in Minsk qrupu da daxil olmaqla, Dağlıq Qarabağ nizamlanmasının müxtəlif aspektləri üzrə əməkdaşlıq etməyə qarşılıqlı hazırlıq ifadə edilib".

Tehsil-press.az


Oxşar xəbərlər