Putin və Makron Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə keçiriləcək görüşünün məhsuldar olacağına ümid edirlər

Putin və Makron Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə keçiriləcək görüşünün məhsuldar olacağına ümid edirlər Fransa tərəfinin təşəbbüsü ilə Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Telefon danışığı zamanı Qarabağ məsələsinin nizamlanmasındakı vəziyyətə ətraflı baxılıb. Vladimir Putin 2020-ci il noyabrın 10-da imzalanmış Qarabağla bağlı Bəyanatın ildönümünə həsr edilmiş 2021-ci il noyabrın 26-da Soçidə keçirilən Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşünün nəticələri barədə qarşı tərəfə məlumat verib.
V.Putin həmçinin regionda atəşkəs rejiminə riayət edilməsi üzrə tədbirlərin həyata keçirilməsi, ticarət, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası istiqamətində tədbirlər barədə danışıb.
Avropa İttifaqı strukturlarının rəhbərlərinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla 2021-ci il dekabrın 15-nə planlaşdırılan görüşünün də faydalı olacağına ümid ifadə olunub.

Tehsil-press.az


Oxşar xəbərlər