BDU ilə Almaniyanın Halle Vittenberq Universiteti arasında ikili diplom proqramı üzrə əməkdaşlıq müqaviləsi imzalanıb

BDU ilə Almaniyanın Halle Vittenberq Universiteti arasında ikili diplom proqramı üzrə əməkdaşlıq müqaviləsi imzalanıb Bakı Dövlət Universiteti (BDU) ilə Almaniyanın Halle Vittenberq Universiteti arasında ikili diplom proqramı üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.
Sənəd BDU-da “XXI əsrin yeni çağırışları və hüquq sahəsində inkişafın müasir tendensiyaları” mövzusunda keçirilən beynəlxalq elmi konfransın açılış mərasimində bu ali məktəbin rektoru Elçin Babayev və Almaniyanın Halle Vittenberq Universitetinin rektoru Kristian Titye tərəfindən magistratura pilləsi üçün ikili diplom proqramı üzrə əməkdaşlığa dair imzalanıb.
Müqavilədə hüquq ixtisasının peşəkar səviyyədə və yüksək səriştə ilə tədris olunmasını, qeyd edilən sahənin cəmiyyətdə aktuallığını nəzərə alaraq BDU-nun Hüquq fakültəsi ilə Halle Vittenberq Universitetinin Hüquq fakültəsinin magistratura pilləsində beynəlxalq iqtisadi hüquq sahəsində ikili diplom proqramı üzrə kadr hazırlığı nəzərdə tutulur.
Sənəddə beynəlxalq iqtisadi hüquq sahəsində ikili diplom proqramı üzrə birgə kadr hazırlığı məqsədilə ikili diplom proqramının həyata keçirilməsi öz əksini tapıb.

Tehsil-press.az


Oxşar xəbərlər