BDU-nun məzununa Almaniyanın Vürzburq Universitetinin diplomu təqdim olunub

BDU-nun məzununa Almaniyanın Vürzburq Universitetinin diplomu təqdim olunub Bakı Dövlət Universitetində (BDU) ikili diplom proqramı üzrə Hüquq fakültəsinin Avropa hüququ ixtisaslaşmasının məzunu Gülnaz Qurbanovaya həm BDU-nun, həm də Almaniyanın Vürzburq Universitetinin diplomları təqdim olunub.
Diplomları bu ali məktəbin rektoru Elçin Babayev təqdim edib.
İki ali məktəb arasında Avropa hüququ ixtisaslaşması üzrə ikili diplom proqramının 2019-cu ildə bitməsinə baxmayaraq, Vürzburq Universiteti BDU ilə qarşılıqlı etimadı və sıx əməkdaşlıq əlaqələrini əsas götürərək Gülnaz Qurbanovaya bu il öz diplomunu verib.
Rektor Elçin Babayev proqramın əhəmiyyətini xüsusi qeyd edib, Vürzburq Universitetinə göstərdiyi xüsusi diqqətə görə öz minnətdarlığını bildirib, Gülnaz Qurbanovaya gələcək fəaliyyətində uğurlar arzulayıb.
Gülnaz Qurbanova məzunu olduğu Bakı Dövlət Universitetinin və Vürzburq Universitetinin rektorlarına, təhsil aldığı fakültələrin rəhbərliyinə və professor-müəllim heyətinə, ikili diplom proqramı üzrə məsul şəxs, Vürzburq Universitetinin professoru Exard Paxeyə öz təşəkkürünü bildirib.
Qeyd edək ki, Almaniyanın ən güclü təhsil mərkəzlərindən hesab olunan Vürzburq Universitetinin əsası XIII əsrin əvvəllərində qoyulub.

Tehsil-press.az

Oxşar xəbərlər