Beynəlxalq ikili diplom proqramının təsis olunması istiqamətində danışıqlar davam edir

Beynəlxalq ikili diplom proqramının təsis olunması istiqamətində danışıqlar davam edir “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 3 beynəlxalq ikili diplom proqramı təsis olunub.
Hazırda ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Təhsil ixtisası” istiqaməti üzrə magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramı (hazırda təhsil alan tələbə sayı-25), ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) ilə ADA Universitetinin “Kompüter elmləri və verilənlərin təhlili” ixtisası istiqaməti üzrə magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramı (hazırda təhsil alan tələbə sayı-20), Koreya Respublikasının İnha Universiteti ilə Bakı Mühəndislik Universitetinin mühəndislik ixtisasları istiqaməti üzrə bakalavriat səviyyəsində beynəlxalq ikili diplom proqramı (hazırda təhsil alan tələbə sayı-96) həyata keçirilməkdədir.
Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universitetinin “aqrar elmlər” ixtisasları istiqaməti üzrə bakalavriat səviyyəsində beynəlxalq ikili diplom proqramının təsis olunması istiqamətində isə danışıqlar davam edir.

Tehsil-press.az

Oxşar xəbərlər